Bu ərazilərdə işıq olmayacaq

saytların hazırlanması

Evə çatdırılma

Bu ərazilərdə işıq olmayacaq

Sosial

02 Aprel 2026 01:37 498


Bu gün Yardımlı rayonunun bəzi ərazilərində elektrik enerjisinin təchizatında fasilə yaranacaq.

"Yeni Sabah" xəbər verir ki, bu barədə "Azərişıq" ASC-dən məlumat verilib.

Bildirilib ki, Yardımlı Elektrik Şəbəkəsinin (EŞ) ərazisində 35/10 kV-luq "Yardımlı" yarımstansiyasından çıxan 10 kV-luq 8 saylı hava xəttində təmir işləri aparılacaq. pizza

Bununla əlaqədar olaraq saat 09:30-dan 12:30-dək şəhər ərazisində, eləcə də rayonun Dəlləkli, Gavran və Ostayır kəndlərində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq. Təmir işləri yekunlaşdıqdan sonra sözügedən ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!