İranın yeni Ali Rəhbəri Müctəba Xamenei bu gün and içəcək.
“Yeni Sabah” xəbər verir ki, bu barədə İSNA məlumat yayıb.
Bildirilib ki, mərasim martın 9-da saat 15:00-da İnqilab Meydanında təşkil olunacaq. Toyuqlu pizza
Məlumata görə, tədbir Tehran Əyaləti İslam Təbliğat Koordinasiya Şurasının təşəbbüsü ilə keçiriləcək və yeni ali dini rəhbərlə sədaqət andının yenilənməsi məqsədi daşıyır.
Şura Tehranın sakinlərini mərasimdə iştirak etməyə dəvət edib.
Xatırladaq ki, İranın Ali Rəhbəri Ayətullah Seyid Əli Xamenei fevralın 28-də ABŞ və İsrailin Tehrana hava zərbələri nəticəsində öldürülüb.
İslam Respublikasının Ekspertlər Şurası ötən gecə Əli Xameneinin oğlu Müctəba Xameneini İranın yeni Ali Rəhbəri seçib.
Aytac Əliyeva
Telegram kanalımız