Minskdə keçirilən II Avropa Oyunlarında güləş yarışları davam edir. Qol.az-ın məlumatına görə, bu gün daha 3 güləşçimiz mübarizəyə qoşulacaq.
"Yeni Sabah" xəbər verir ki, bütün idmançılarımız turnirə 1/8 final mərhələsindən start verəcəklər.
Sərbəst güləş Toyuqlu pizza
65 kq
Yığmamızın liderlərindən biri və əsas medal ümidimiz Hacı Əliyev Ermənistan idmançısı Valodya Franqulyanla qarşılaşacaq.
97 kq
Nurməhəmməd Hacıyevin ilk rəqibi isə Radoslav Baran (Polşa) olacaq.
Qadın güləşi
68 kq
İrina Netreba Oyunlara isveçli Cenni Franssonla start verəcək.
Telegram kanalımız