Bu gün Od çərşənbəsidir

saytların hazırlanması

Evə çatdırılma

Bu gün Od çərşənbəsidir

Sosial

05 Mart 2019 14:56 1540


Bu gün Azərbaycanda Od çərşənbəsi qeyd olunur.

 "Yeni Sabah" xəbər verir ki, ilin axır çərşənbələrindən ikincisi xalq arasında Üskü çərşənbə, Adlı çərşənbə kimi tanınan Od çərşənbədir. Od çərşənbəsi qədim insanların Günəşə, oda olan inamından qaynaqlanıb. Adət-ənənəyə görə, bu gün tonqal qalayıb, alovun üzərindən atlanmaqla daxildəki bütün çirkabı və azar-bezarı yandırırlar.

Qədim zamanlardan bəri od Türkün ağlında, düşüncəsində müqəddəslik rəmzi olub. Od çərşənbəsinin mahiyyətində odun qədimdən müqəddəs sayılması, odun insanı hər cür pisliklərdən, şərdən təmizləyəcəyinə, xeyrin qələbə çalacağına inam ifadə olunur. Novruz bayramı ərəfəsində keçirilən od çərşənbəsi insanın yaradılış prosesinin ikinci mərhələsinin - od komponenti ilə bağlı mərhələnin mifik təzahürüdür. Toyuqlu pizza

Qeyd edək ki, 2019-ci ildə fevralın 26-da ilk çərşənbə - Su, martın 5-də Od, martın 12-də Hava (Yel), martın 19-da isə sonuncu Torpaq çərşənbəsi qeyd olunacaq.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!