Bu işdə Rusiyanın barmağı var – Azərbaycanla Gürcüstan arasında nə baş verir?

saytların hazırlanması

Evə çatdırılma

Bu işdə Rusiyanın barmağı var – Azərbaycanla Gürcüstan arasında nə baş verir?

Siyasət

30 Aprel 2019 12:26 1093


Son günlər “Keşikçi dağ” monastrı ətrafında Azərbaycan və Gürcüstan arasında gərginlik yaranıb. Azərbaycan sərhədçiləri gürcü ziyarətçilərinin monastıra hərəkətini məhdudlaşdırıb. Bu addım Gürcüstan prezidenti Salome Zurabişvilinin Azərbaycanla sərhədlərin mümkün qədər tez delimitasiya olunmasına çağırışından sonraya təsadüf edir. “Keşikçi dağ” Qafqaz Albaniyası dövrünə aid olan və Azərbaycan ərazilərində yerləşən qədim monastırdır. Gürcü tərəfi isə bu monastırın onlara aid olduğunu iddia edir.

Bundan sonra Gürcüstanın Leyborist Partiyasının sədri, deputat Şalva Natelaşvili  Azərbaycan əleyhinə sərsəm açıqlama ilə gündəmə gəlib. Keçmiş müdafiə naziri İrakli Okuruaşvili də ərazinin Gürcüstana aid olmasını iddia edib.

Məsələ ilə bağlı Azərbaycan Demokratik Partiyasının sədri Sərdar Cəlaloğlu “Yeni Sabah”a danışarkən qeyd edib ki, baş verənlər ruspərəst qüvvələrin istəyidir: Dördpendirli pizza

“Bilirsiniz, Gürcüstanda prezident seçkiləri keçirilib. Əslində, nəzər yetirəndə son prezident seçkilərində rus meylli qüvvələrin hakimiyyətə gəldiyini görmək mümkündür. Nə qədər formal olaraq özlərini avropapərəst göstərsələr də, faktiki olaraq Gürcüstanın yeni hakimiyyəti Rusiyanın təsiri altındadır. 

Azərbaycanın Gürcüstanın, eləcə də Ermənistanın Rusiyanın təsiri altında qalması birinci dəfədir bu respublikalar arasında konfliktlərin mövcud olması ilə şərtlənib. Qarabağla bağlı problem də mövcuddur. Rusiya istəyir ki, Gürcüstanla bizim aramızda da belə bir  konflikt yaransın və bunun həllində iştirak etməklə hər iki dövləti idarə etsin. Bu baxımdan indi qaldırılan iddiaların ruspərəst qüvvələrə məxsus olduğunu düşünürəm”.

S.Cəlaloğlu  Azərbaycanın bu vəziyyətdə hansı addım atmalı olduğundan da söz açıb:

“Azərbaycan Gürcüstan iqtisadiyyatına çox böyük yatırım qoyub. Və Gürcüstanın mövcudluğu Azərbaycandan asılıdır. Ona görə də birinci növbədə çox ciddi şəkildə Gürcüstanda yaşayan azərbaycanlıların siyasi hüquqlarının təmin edilməsi istiqamətində addımlar atılmalıdır. Eləcə də Gürcüstan hakimiyyəti ilə ciddi əlaqələr yaradıb iqtisadi münasibətlərimizin həm də siyasi münasibətlərdə əks olunmasına nail olmalıyıq”.

Günay Rəsulqızı

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!