Bu ölkə də “Cənub Qaz Dəhlizi“nə qoşulacaq

saytların hazırlanması

Evə çatdırılma

Bu ölkə də “Cənub Qaz Dəhlizi“nə qoşulacaq

İqtisadiyyat

23 İyul 2019 09:35 1211


Rumıniyanın "Transqaz" şirkəti "Cənub Qaz Dəhlizi"nə qoşulmaq üçün ROHUAT boru kəmərinin tikintisini aparır.

"Yeni Sabah" xəbərinə görə, şirkətdən bildiriblər ki, Rumıniya ərazisində ROHUAT boru kəməri ərazisində işlər demək olar ki, 50 faiz icra olunub. Layihənin ilk mərhələsi üçün xərclər 560 milyon avro təşkil edib.

Məlumata görə, "Transqaz" 550 kilometr uzunluqda boru kəmərinin artıq 215 kilometrini çəkib. pizza hut

Qeyd edək ki, ROHUAT boru kəməri Qara dəniz regionu ərazisindən qazın Mərkəzi Avropaya ötürülməsi üçün Bolqarıstan, Rumıniya, Macarıstan və Avstriyanı birləşdirir. ROHUAT, eyni zamanda "Cənub Qaz Dəhlizi" kimi digər iri qaz nəqli infrastrukturları ilə də əlaqəni təmin etmiş olacaq.

Xatırladaq ki, "Cənub Qaz Dəhlizi" "Şahdəniz-2" yatağından Azərbaycan qazının Türkiyə vasitəsilə Avropaya ötürülməsini nəzərdə tutur. /Trend


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!