Bu ölkədə ölənlərin sayı 400-ə çatır -   Fransa təcili tədbir tələb edir

saytların hazırlanması

Evə çatdırılma

Bu ölkədə ölənlərin sayı 400-ə çatır - Fransa təcili tədbir tələb edir

Dünya

09 Mart 2026 15:47 429


Fransa Livandakı gərgin vəziyyətlə bağlı BMT Təhlükəsizlik Şurasının təcili iclasının keçirilməsini istəyib.

“Yeni Sabah” xəbər verir ki, bunu Fransanın xarici işlər naziri Jan-Noel Barro bildirib.

Onun sözlərinə görə, Paris Livandakı son hadisələrin müzakirəsi üçün BMT Təhlükəsizlik Şurasında fövqəladə iclas çağırılmasını tələb edib. Dominos pizza

Nazir bildirib ki, son günlər Livan ərazisi intensiv hava hücumlarına məruz qalır. Yerli səhiyyə rəsmilərinin məlumatına görə, İsrailin həyata keçirdiyi bombardmanlar nəticəsində təxminən 400 nəfər həlak olub.

Fransa tərəfi bölgədə vəziyyətin sürətlə pisləşdiyini vurğulayaraq beynəlxalq ictimaiyyəti gərginliyin azaldılması üçün təcili addımlar atmağa çağırıb.

Aytac Əliyeva


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!