Bu rəqəm çoxlarını təəccübləndirəcək -   Nazir müavini açıqladı

saytların hazırlanması

Evə çatdırılma

Bu rəqəm çoxlarını təəccübləndirəcək - Nazir müavini açıqladı

Sosial

03 Aprel 2026 13:51 347


“Azərbaycanın təhsil sektorunda son 20 ildə genişmiqyaslı yeniliklər olub”.

“Yeni Sabah” xəbər verir ki, bunu Elm və Təhsil Nazirliyinin Lənkəran Peşə Təhsil Mərkəzinə təşkil etdiyi mediatur zamanı nazir müavini Kənan Kərimzadə bildirib. 

Nazir müavininin sözlərinə görə, ötən iki onillik ərzində təhsil infrastrukturunun müasirləşdirilməsi istiqamətində mühüm addımlar atılıb. O qeyd edib ki, bu müddətdə ölkə üzrə 3600 məktəb əsaslı təmir olunub. pizza mizza

K.Kərimzadə əlavə edib ki, 2020-ci ildə Azərbaycanda 900-dən çox şəraitsiz məktəb mövcud idi. Onun sözlərinə görə, son 5-6 ildə həyata keçirilən tədbirlər nəticəsində bu rəqəm 400-ə qədər azaldılıb.

Əsmətxanım Rzazadə


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!