Bu şəxslərin maaşı artırıla bilər –   MƏBLƏĞ

saytların hazırlanması

Evə çatdırılma

Bu şəxslərin maaşı artırıla bilər – MƏBLƏĞ

İqtisadiyyat

30 Sentyabr 2025 14:33 2264


"Tibb sahəsində, xəstəxana və tibb müəssisələrində çalışan qeyri-tibb, texniki, təsərrüfat sahələrdə çalışan işçilərin əməkhaqları çox aşağıdır".

“Yeni Sabah” xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Razi Nurullayev deyib.

"Xəstəxanalarda olan xidmət personalı ilə söhbət edirəm və görürəm ki, onlar səhərdən axşama kimi 400-500 manata çalışırlar". pizza sifarişi

Deputat qeyd edib ki, bu şəxslərin sosial vəziyyətini yaxşılaşdırmaq üçün onların əməkhaqları əsaslı şəkildə artırılmalıdır:

"Bu barədə həm Tibbi Sığorta Agentliyi, həm də TƏBİB ilə söhbətim olub. Yalnız 50 manat əməkhaqqını artırmaq üçün xeyli vəsait tələb olunur. Buna görə də büdcə vəsaitlərinin müzakirəsi və qəbulu zamanı bu məsələnin prioritet kimi nəzərdən keçirilməsini istərdim".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!