Bu sürücülər 40 manat cərimələnəcək - RƏSMİ

saytların hazırlanması

Evə çatdırılma

Bu sürücülər 40 manat cərimələnəcək - RƏSMİ

Sosial

11 Dekabr 2024 01:24 1318


Qeydiyyat nişanlarını çirkli saxlayan sürücülər cərimə olunacaq.

Yenisabah.az Xəzər TV-yə istinadən bildirir ki, Baş Dövlət Yol Polisi İdarəsi bununla bağlı sürücülərə müraciət edib.

Qurumun rəsmisi Mübariz Ağayevin sözlərinə görə, dövlət qeydiyyat nişanlarını təmiz saxlamayan sürücülər cərimələnəcək. Hətta cərimədən yayınmaq üçün nömrəni bilərək bağlayan sürücülər də var. Toyuqlu pizza

Mübariz Ağayev bildirib ki, məsələyə ciddi yanaşmayan sürücülərə cərimə protokolları tərtib olunacaq.

Qeyd edək ki, havanın hazırda yağmursuz olmasına baxmayaraq paytaxt küçələrində nəinki çirkdən dövlət qeydiyyat nişanı görünməyən, hətta rəngi belə ayırd olunmayan nəqliyat vasitələri var.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!