Cəlilabad rayonu sakini Mahir Quliyevin təsərrüfatına hücum edən canavarlar 5 baş xırdabuynuzlu heyvanı parçalayıblar.
"Yeni Sabah" Report-a istinadla xəbə verir ki, ümumilikdə son bir ayda rayonda 40-a yaxın xırdabuynuzlu heyvan canavarların hücumu nəticəsində tələf olub.
Zərər çəkmiş təsərrüfatlarda ümumi maddi ziyanın 50 min manata yaxın olduğu qeyd edilir. pizza mizza
Cəlilabad şəhər bələdiyyəsinin sədri Vahid Mirzəyev vəziyyətdən xəbərdar olduqlarını deyib. Onun sözlərinə görə, hazırda araşdırmalar aparılır və dəqiqləşdirmələr həyata keçirilir.
"Aidiyyəti qurumlarla birlikdə problemin aradan qaldırılması və sakinlərin təhlükəsizliyinin təmin olunması istiqamətində tədbirlərin görülməsi planlaşdırılır", – deyə sədr bildirib.
Telegram kanalımız