Cəlilabadda qızılcaya yoluxma sayında yenidən artım olub

saytların hazırlanması

Evə çatdırılma

Cəlilabadda qızılcaya yoluxma sayında yenidən artım olub

Sağlamlıq

11 Fevral 2024 13:25 3426


Cəlilabad rayonunda qızılca virusuna yoluxma sayında yenidən artım qeydə alınır.

Yenisabah.az xəbər verir ki, "Report"un Muğan bürosunun məlumatına görə, Cəlilabad rayonunda noyabr ayından bugünədək 493 nəfər qızılcaya yoluxub.

Yoluxanlardan 18 yaşdan kiçiklər 318 nəfər, 18 yaşdan böyüklər isə 175 nəfər təşkil edir. Marqarita pizza

Hazırda aktiv xəstə sayı 47 nəfərdir. Xəstələrdən 3-ü stasionar şəraitdə müalicə olunur.

Rayon üzrə ötən ilin dekabrın 1-dən QPM peyvəndi vurulan uşaqların sayı 2 332 nəfərdir. Fevralın 9-u QPM peyvəndi 23 azyaşlıya vurulub.

Qeyd edək ki, fevralın 9-u 13 nəfər bu virusa yoluxub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!