6 avqustda Türkiyənin Antalya şəhərində konsert verməyə hazırlaşan məşhur müğənni Ceniffer Lopez bu dəfə təvazökarlığı ilə gündəmə gəlib.
“Yeni Sabah” Türkiyə mediasına istinadən xəbər verir ki, müğənni konsertin təşkilatçılarına dəbdəbəli qarşılama mərasimi istəmədiyini bildirib və “şişirtməyin” deyə xəbərdarlıq edib.
O, bildirib ki, hava limanından otelə helikopterlə deyil, "Jeep" maşınla getmək istəyir. Toyuqlu pizza
Məlumata görə, dünya ulduzu Antalyadakı lüks villalardan birində qonaq ediləcək. İfaçı 5 yataq otağı, şəxsi hovuzu, güllə keçirtməyən pəncərələri olan 3 mərtəbəli villada qalacaq.
Möhtəşəm konsertin bilet qiymətləri isə 4 min lirə ilə 135 min lirə arasında dəyişir.
Əsmətxanım
Telegram kanalımız