Özbəkistanın xarici işlər naziri Baxtiyor Saidov xarici işlər naziri Ceyhun Bayramova zəng vurub.
"Yeni Sabah" xəbər verir ki, telefon danışığı zamanı Naxçıvan Muxtar Respublikası ərazisinə İran ərazisindən dron hücumlarının narahatlıq doğurduğu bildirilib.
Ceyhun Bayramov qarşı tərəfə dron hücumları barədə ətraflı məlumat verib. O bildirib ki, Azərbaycan Respublikasının ərazisinə qarşı həyata keçirilmiş bu hücum beynəlxalq hüququn norma və prinsiplərinin pozulmasıdır və regionda gərginliyin artmasına xidmət edir. pizza mizza
Azərbaycan tərəfinin baş verən hücum ilə bağlı İran tərəfindən qısa müddət ərzində aydınlıq gətirilməsinin, izahat verilməsinin və bu kimi halların gələcəkdə təkrarlanmaması üçün zəruri təxirəsalınmaz tədbirlərin görülməsinin tələb olunduğu diqqətə çatdırılıb.
Telegram kanalımız