Çindən münaqişə edən tərəflərə çağırış

saytların hazırlanması

Evə çatdırılma

Çindən münaqişə edən tərəflərə çağırış

Dünya

10 Mart 2026 13:18 267


Rəsmi Pekin bütün tərəfləri hərbi əməliyyatlara son qoymağa, gərginliyi artırmaqdan çəkinməyə və regional xaosun qlobal iqtisadi böyüməyə təsirini daha da artırmamağın qarşısını almağa çağırıb.

“Yeni Sabah” xəbər verir ki, bunu Çin XİN-in rəsmi sözcüsü Guo Ciakun keçirdiyi mətbuat konfransında deyib.

O, Hörmüz boğazı və ətraf suların mal və enerji ticarəti üçün əhəmiyyətli beynəlxalq marşrut olduğunu bildirib və əlavə edib  ki, bölgədə təhlükəsizlik və sabitliyin təmin edilməsinin dünyanın ortaq marağı var. pizza hut

Çin rəsmisi əlavə edib ki, enerji təhlükəsizliyi dünya iqtisadiyyatı üçün həyati əhəmiyyət daşıyır və enerji tədarükünün fasiləsizliyini təmin etmək bütün tərəflərin məsuliyyətidir:

“Çin öz enerji təhlükəsizliyini qorumaq üçün lazım olan addımları atacaq”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!