Belarusun paytaxtı Minskə keçirilən II Avropa Oyunlarında cüdoçuların mübarizəsi davam edir.
“Yeni Sabah” xəbər verir ki, kişilərin yarışında 90 kq çəkidə mübarizə aparan cüdoçumuz Məmmədəli Mehdiyev 1/16 finalda Yahor Varapayevlə (Belarus) qarşılaşıb və qələbə qazanıb. Mehdiyevin 1/8 finaldakı rəqibi Aurilyena Disse (Fransa) olacaq. Elmar Qasımov (100 kq) 1/16 finalda ukraynalı Anton Savitki ilə üz-üzə gəlib. Rəqibini məğlub edən cüdoçumuz növbəti mərhələdə estoniyalı Qriqori Minaskinlə qarşılaşacaq.
Zelim Kotsoyev (100 kq) 1/16 finalda Boyan Dosenə (Serbiya) qalib gələrək, 1/8 finala adlayıb. Onun bu mərhələdəki rəqibi Toma Nikiforov (Belçika) olacaq. Uşanqi Kokauri (100+) isə 1/8 finalda Vinçentso Darko (İtaliya)/Vito Draqiç (Sloveniya) cütünün qalibi ilə qarşılaşacaq. Dördpendirli pizza
Qadınların yarışında İrina Kindzerska (78 kq) 1/8 finalda Jasmin Kuelbs (Almaniya)/Sebile Akbulut (Türkiyə) cütünün qalibi ilə mübarizə aparacaq.
Telegram kanalımız