Daha 65 nəfərdə koronavirus aşkarlandı -   2 nəfər vəfat etdi

saytların hazırlanması

Evə çatdırılma

Daha 65 nəfərdə koronavirus aşkarlandı - 2 nəfər vəfat etdi

Sağlamlıq

13 May 2020 16:36 731


Azərbaycanda 65 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınmış, 54 nəfər müalicə olunaraq sağalmış və evə buraxılıb.

Yenisabah.az xəbər verir ki, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 1949 və 1961-ci il təvəllüdlü iki nəfər vəfat edib.

Hazırkı dövrədək ölkəmizdə 2758 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilmiş, onlardan 1789 nəfər müalicə olunaraq sağalıb, 35 nəfər vəfat etmiş, 934 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Həmin şəxslərdən 30 nəfərin vəziyyəti ağır, 44 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir. Pepperoni pizza

Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 208.546 test aparılıb.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!