Daha 80 dövlət əmlakı hərraca çıxarılır

saytların hazırlanması

Evə çatdırılma

Daha 80 dövlət əmlakı hərraca çıxarılır

İqtisadiyyat

15 İyul 2019 11:53 1326


14 avqust tarixində Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən növbəti hərraclardan biri keçiriləcək. “Yeni Sabah” xəbər verir ki, bu dəfə özəlləşdirməyə 80 dövlət əmlakı çıxarılıb.

Bunlardan 46-sı kiçik dövlət müəssisə və obyekti, 22-si səhmdar cəmiyyəti, 9-u qeyri-yaşayış sahəsi, 3-ü isə nəqliyyat vasitəsidir.

Kiçik dövlət müəssisələrinin əksəriyyəti torpaq sahəsi ilə birgə özəlləşdirməyə çıxarılıb. Bu dövlət obyektlərinin faydalı sahəsi 20 kv.m ilə 3 min 312 kv.m intervalındadır.

Müəssisələr arasında Sumqayıt, Balakən və Qaxda Əmlak kompleksləri, Şəkidə istirahət zonası, paytaxtla yanaşı, digər regionlarda ticarət və xidmət  sahəsi üzrə fəaliyyət göstərən dövlət əmlakları var. Hərraca çıxarılan qeyri-yaşayış sahələrindən  5-i Bakıda, 4-ü isə Sumqayıtda yerləşir.

Səhmdar cəmiyyətlərinin hərraca çıxarılan səhm paketləri ümumi səhmlərin 30%-45%-ni təşkil edir. Dövlət əmlakları Bakı, Ağcabədi, Yevlax, Şirvan kimi şəhər və rayonlarda yerləşir. Potensial investorlar “Xaçmaz Mexanizasiya Nəqliyyat”, “Neftçala Ət”, “Şıxlar broyler” kimi səhmdar cəmiyyətləri üzrə seçim edə bilər.

Mitsubishi, Fiat və Nissan markalarından olan nəqliyyat vasitələrinin buraxılış tarixləri 1997-2007-ci illərdir. Avtomobillər üçün təyin olunan ilkin hərrac qiyməti isə 3 min manat ilə 4 min 200 manat arasındadır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!