DİN-də keçirilən müşavirədə seçkilərinə hazırlıq müzakirə olundu

saytların hazırlanması

Evə çatdırılma

DİN-də keçirilən müşavirədə seçkilərinə hazırlıq müzakirə olundu

Rəsmi

27 Dekabr 2023 12:41 2007


DİN-də keçirilən əməliyyat müşavirəsində 2024-cü il fevralın 7-nə təyin olunan növbədənkənar Prezident seçkiləri ilə bağlı vətəndaşların seçki hüququnun təmin olunması məsələləri müzakirə edilib.

Yenisabah.az xəbər verir ki, daxili işlər naziri Vilayət Eyvazov seçki gününədək şəxsiyyət vəsiqəsinin etibarlılıq müddəti bitən, habelə 18 yaşı tamam olan vətəndaşların yeni sənədlərlə təmin olunması, eləcə də vətəndaşların yaşayış yeri üzrə qanunamüvafiq olaraq qeydiyyata alınmaları ilə bağlı zəruri tədbirlərin görülməsinə dair göstərişlər verib.

Müşavirədə iştirak edən daxili işlər orqanlarının rəhbər heyətindən respublikada asayişin, təhlükəsizliyin, qanunçuluğun və hüquq qaydasının qorunması sahəsində fəaliyyət nəzarətdə saxlanılmaqla, qabaqlayıcı tədbirlərin səmərəliliyinin artırılması, vətəndaş məmnunluğunun təmin edilməsi tələb edilib. pizza sifarişi


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!