Texasda homoseksual yeniyetmə dırnaq boyası sürtdüyünə görə oxuduğu məktəbdən uzaqlaşdırılıb.
Yenisabah.az xarici mətbuata istinadən xəbər verir ki, “Clyde” Liseyinin sonuncu sinif şagirdi Şükran Günü tətilindən dırnaqları boyanaraq qayıtdıqdan sonra lisey tərəfindən cəzalandırılıb. Belə ki, məktəb rəhbərliyi ona oğlan şagirdlər üçün dırnaq boyasının qadağan olunduğunu, geyim qaydalarını pozduğunu söyləyib.
Hadisədən sonra şagird "homofob və seksist" məktəb qaydalarını ictimailəşdirib. 17 yaşlı Trevor Vilkinson hadisədən sonra məktəbin geyim siyasəti ilə bağlı kampaniya başladıb. pizza hut
Bir həftədən az müddətdə 51 mindən çox insan kampaniyanı imzalayaraq məktəbin geyim siyasətini boykot edib.
Telegram kanalımız