Dövlət büdcəsindən Elçibəyin və Mütəllibovun ailəsinə 343 min manat ayrılacaq

saytların hazırlanması

Evə çatdırılma

Dövlət büdcəsindən Elçibəyin və Mütəllibovun ailəsinə 343 min manat ayrılacaq

Maraqlı

21 Dekabr 2020 15:30 1017


2021-ci ilin dövlət büdcəsində Azərbaycan Respublikasının keçmiş Prezidentinin və onun ailə üzvlərinin təminatı xərclərinin məbləği məlum olub.

Yenisabah.az xəbər verir ki, bu barədə “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsi haqqında” qanun layihəsində qeyd edilib.

Növbəti ilin dövlət büdcəsində Azərbaycan Respublikasının keçmiş Prezidentinin və onun ailə üzvlərinin təminatı xərcləri üçün 343,4 min manat vəsait nəzərdə tutulur. Sezar pizza

Modern.az xatırladır ki, müstəqillik dövründə Azərbaycanın 3 keçmiş prezidenti olub: Ayaz Mütəllibov, Əbülfəz Elçibəy və Heydər Əliyev.

Nəzərə alsaq ki, mərhum eks-prezident Heydər Əliyevin və Əbülfəz Elçibəyin özü və həyat yoldaşı sağ deyil belə demək olar ki, eks-prezidentlərə dair qanunun verdiyi təminatlardan hazırda həyatda olan Ayaz Mütəllibov faydalanacaq.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!