Dövlət ikinci uşağın doğulmasını həvəsləndirən dəstək paketi hazırlamalıdır   - İlqar Məmmədov

saytların hazırlanması

Evə çatdırılma

Dövlət ikinci uşağın doğulmasını həvəsləndirən dəstək paketi hazırlamalıdır - İlqar Məmmədov

Maraqlı

25 Dekabr 2020 12:29 1044


“70 ildə ilk dəfədir ki, Azərbaycanda doğulanların sayının 100 mini keçməmə ehtimalı var, hətta bəlkə 80-90 minin də altına düşdü. Söhbət 2021-ci ildən gedir. Sonuncu dəfə belə hal 1950-ci ildə olub”.

Yenisabah.az xəbər verir ki, bunu REAL Partiasının sədri İlqar Məmmədov deyib. O, səbəbin sərt karantin məhdudiyyətləri olduğunu diqqətə çatdırıb:

“Son 50 il ərzində ən çox uşaq 1991-ci ildə (190 min), ən az isə 2001-ci ildə doğulub (110 min). Son beşillikdə orta hesabla hər il 140-150 min uşaq doğulub. Doğum sayındakı oynamanın müxtəlif səbəbləri olur, əvvəlki müharibələrin və digər şokların demoqrafik dalğaları da rol oynayıb. Amma ən çox təsir edən amillərdən biri nikah sayıdır. Bu amilin təsiri getdikcə daha da artır, çünki əvvəllər ailələr 2-4 uşaq dünyaya gətirirdisə, indi 1-3 uşaqla kifayətlənir”. pizza

Siyasətçi qeyd edib ki, nikah sayı son 5 il ərzində ildə 62-68 min arasında olub:

“Amma 2020-ci ilin 10 ayında heç 30 minə çatmadı. Bu isə  gələn il doğulmayan on minlərlə birinci uşaq deməkdir. O ki qaldı ikinci uşağa, sərt karantin rejimi yüz minlərlə vətəndaşı işsiz, çətin iqtisadi durumda qoyduğuna görə onların mart ayından bu yana evdə qalıb ikinci uşaq planlaşdırmaları heç inandırıcı gəlmir.

Beləliklə, sərt karantin bir tərəfdən diriləri qorumur (həm də öldürür, çünki onun özünün ayrıca öldürücü gücü zəif deyil), digər tərəfdən isə uşaqların doğulmasının qarşısını çox təsirli şəkildə alır. Sözügedən azalma baş verərsə, dövlət hər ailədə ikinci uşağın doğulmasını həvəsləndirən yeni sosial dəstək paketi ilə çıxış etməlidir və bu mövzunu diqqət mərkəzində saxlamalıyıq”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!