Dünyanın ən bahalı boşanması: Bezos 38 milyard dollarından oldu

saytların hazırlanması

Evə çatdırılma

Dünyanın ən bahalı boşanması: Bezos 38 milyard dollarından oldu

İqtisadiyyat

06 İyul 2019 10:28 1235


Bu ilin yanvar ayında boşanacağını elan edən “Amazon” şirkətinin prezidenti Ceff Bezosla həyat yoldaşı Makkenzinin məhkəmə prosesi yekunlaşıb.

 “Yeni Sabah” “Bloomberg”ə istinadən xəbər verir ki, onlar iyulun 5-də rəsmən boşanıblar.

25 il evli qaldıqdan sonra boşanan cütlüyün imzaladığı sənədə görə, Makkenzi Bezos “Amazon”da 19,7 milyard dollar (4 faiz) dəyərində səhmin sahibi olub. Bu səhmin bazar dəyəri isə 38,3 milyard dollardır. Beləliklə, Makkenzi “Bloomberg”in milyarderlər siyahısında 22-ci yerə yüksəlib.

Ceff Bezos isə şirkətin 12 faizlik səhmini əldə saxlayır və 114,8 milyard sərvətlə yenə də dünyanın ən zəngin iş adamı olaraq qalır.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!