Dünyanın ən varlı şəxslərindən biri vəfat etdi

saytların hazırlanması

Evə çatdırılma

Dünyanın ən varlı şəxslərindən biri vəfat etdi

Dünya

23 Avqust 2019 15:22 1124


Amerikanın ən varlı şəxlərindən biri olan Devid Kok 79 yaşında dünyasını dəyişib.

“Yeni Sabah” “RİA Novosti”-yə istinadən xəbər verir ki, bu barədə jurnalist Ceyn Mayer xəbər verib. 

Jurnalist Tvitterdə Kokun ailəsinə yaxın olan mənbədən aldığı məlumata görə milyarderin dünyasını dəyişdiyini paylaşıb.  Pepperoni pizza

Qeyd edək ki, “Forbes” jurnalı ötən ilin iyunda Devid Kokun 51 milyard dollar varidatı olduğunu açıqlayıb. Bununla da onun dünyanın ən varlı 11-ci adamı olduğu təsdiqlənib. Blomberq şirkətinin avqust ayına olan hesablamalarına görə isə Çarlz və Devid Kok qardaşlarının sərvəti 124,5 milyard dollar olub.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!