"Bu formatda keçirilən görüşdə hansısa mədəniyyət və ya incəsənət xadimi kənarda qalıbsa, onlardan üzr istəyirəm. Növbəti dəfə bu mütləq nəzərə alınacaq".
“Yeni Sabah” xəbər verir ki, bunu mədəniyyət naziri Əbülfəs Qarayev keçirdiyi mətbuat konfransında deyib.
"Xalq artisti Rasim Balayevə yaxşı münasibət bəsləyirəm və uzun illərdir ki, aramızda dostluq münasibətləri var. Mütəmadi şəkildə həmin insanlarla hansısa formada söhbətlər olur. Açıq söhbətin aparılmasına həmişə şərait var. Gələn görüşdə digər mədəniyyət xadimləri də iştirak edə biləcəklər. Çünki dövlət başçısı da belə görüşlərin keçirilməsinə maraqlıdır". Dominos pizza
Nazir qeyd edib ki, Prezidentlə görüşə bütün mədəniyyət və incəsənət xadimlərini dəvət etmək mümkün deyildi.
Telegram kanalımız