“Ədəbiyyat biliciləri” müsabiqəsinin qalibləri bəlli oldu

saytların hazırlanması

Evə çatdırılma

“Ədəbiyyat biliciləri” müsabiqəsinin qalibləri bəlli oldu

Sosial

06 Mart 2019 14:59 839


“Ədəbiyyat biliciləri” müsabiqəsinin şəhər mərhələsinin qalibləri bəlli olub.

“Yeni Sabah” xəbər verir ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki 127 nömrəli tam orta məktəbin X sinif şagirdi Cavad Əliyev, 135 nömrəli tam orta məktəbin IX sinif şagirdi Günel Kazımova, 26 nömrəli tam orta məktəbin IX sinif şagirdi Rəşad Hüseynov, 281 nömrəli tam orta məktəbin IX sinif şagirdi Şəhla İsazadə və Məryəm Əlizadə, 299 nömrəli tam orta məktəbin VIII sinif şagirdi Zəhra Hüseynli, Məktəb-Lisey Kompleksinin IX sinif şagirdi Rəna Şabanzadə, Texniki-humanitar liseyin IX sinif şagirdi Səba Ağayeva “Ədəbiyyat biliciləri” müsabiqəsinin ölkə mərhələsində iştirak etmək hüququ qazanıblar.

Müsabiqənin şəhər mərhələsində iştirak edən şagirdlərin oxuduqları sinif fərqi nəzərə alınmaqla, onlara Azərbaycan və dünya ədəbiyyatı haqqında biliklərinin aşkara çıxarılması, oxuduqları bədii əsərlərin ictimai mahiyyəti, insanların mənəvi tərbiyəsində rolu və ədəbiyyat tarixində yeri ilə bağlı məsələlərin hansı səviyyədə dərk olunmasını əhatə edən 2 variant üzrə açıq suallar verilib. pizza

Müsabiqənin şəhər mərəhələsinin qalibləri ölkə mərhələsində onlara təklif olunmuş mövzulardan birini seçərək inşa yazacaq və 10 sualı yazılı cavablandıracaqlar. İnşa yazı 10 ballıq şkala üzrə, 10 sualın hər biri isə maksimum 10 balla qiymətləndiriləcək. Hər bir iştirakçının yekun balı hər iki tapşırığa verilən ballar əsasında müəyyən olunacaq.

Müsabiqənin qaliblərinə diplom və qiymətli hədiyyələr təqdim olunacaq. 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!