Ədliyyə Nazirliyində brifinq keçirildi

saytların hazırlanması

Evə çatdırılma

Ədliyyə Nazirliyində brifinq keçirildi

Sosial

07 Mart 2019 02:39 1239


Bu gün Ədliyyə Nazirliyində nazirliyin icra, probasiya, istintaq və cəzaların icrasına nəzarət üzrə müfəttişliyin fəaliyyətinə və yeniliklərə həsr olunmuş brifinq keçirilib. 

“Yeni Sabah” xəbər verir ki, tədbirdə Ədliyyə Nazirliyinin aidiyyəti qurumlarının və Mətbuat Şurasının rəhbərliyi və əməkdaşları, ədliyyə naziri yanında İctimai Komitənin üzvləri, çoxsaylı kütləvi informasiya vasitələrinin rəhbərləri, jurnalistlər iştirak ediblər.

Nazirliyin İnsan hüquqları və ictimaiyyətlə əlaqələr idarəsinin rəis müavini Aynur Sabitova və Mətbuat Şurasının sədr müavini Müşfiq Ələsgərli çıxış edərək bildiriblər ki, brifinqin keçirilməsində məqsəd Ədliyyə Nazirliyi ilə media orqanları arasında əməkdaşlıq əlaqələrini genişləndirmək, onların nazirliyin maarifləndirmə işlərində, ədliyyə fəaliyyəti barədə əhalinin mütəmadi və daha geniş şəkildə məlumatlandırılmasında iştirakını yaxından təmin etməkdir.  Pepperoni pizza

Eyni zamanda, Ədliyyə Nazirliyinin fəaliyyət istiqamətləri, vəzifələri, bu sahədə həyata keçirilən islahatlar və yeniliklər barədə məlumat verilib, nazirliyin fəaliyyətinin hər zaman şəffaflıq və aşkarlıq prinsipləri əsasında qurulduğu, kütləvi informasiya vasitələri ilə əməkdaşlığa xüsusi önəm verildiyi vurğulanıb. Bildirilib ki, belə tədbirlər mütəmadi xarakter daşımaqla nazirliyin bütün fəaliyyət istiqamətlərini əhatə edəcək.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!