Xəbər verdiyimiz kimi Azərbaycan millisinin üzvü Əfran İsmayılov “Sumqayıt”dan ayrıldıqdan sonra klubsuzdur.
Futbolçu “Yeni Sabah”a açıqlamasında təkliflərin olduğunu, amma bunun hələ ki, rəsmi mahiyyət daşımadığını bildirib:
“Ordan-burdan təkliflər eşidirəm. Amma bu danışıqlar reallaşmayıb deyə, dəqiq bir şey yoxdur. Yəni, yüz faizlik bir şey deyil. Xarici klublardan təklif gəlib-gəlməməsi ilə bağlı menecerim maraqlanır. Yaxın günlərdə yəqin, harada olacağım dəqiqləşəcək”. Marqarita pizza
Futbolçu keçmiş klubu “Qarabağ”a keçidi ilə bağlı yayılan xəbərlərin həqiqətə uyğun olmadığını qeyd edib:
“Yox, mənə “Qarabağ”dan hərhansı təklif gəlməyib”.
Qeyd edək ki, futbolçunun “Sumqayıt”dan ayrılmasına səbəb klubun gəncləşdirmə siyasəti aparması olmuşdu.
Naibə Məmmədova
Telegram kanalımız