“Əhalinin 75 faizi koronavirusa yoluxmalıdır” - Professordan maraqlı açıqlama

saytların hazırlanması

Evə çatdırılma

“Əhalinin 75 faizi koronavirusa yoluxmalıdır” - Professordan maraqlı açıqlama

Sağlamlıq

10 May 2020 15:45 1041


"COVİD-19-a qarşı insanlarda immunitetin yaranması üçün ölkələrin əhalisinin 75 faizinin bu virusa yoluxması lazımdır".

Yenisabah.az xəbər verir ki, bu sözləri türkiyəli professor Zeliha Koçak Tufan deyib.

O bundan əvvəlki pandemiyaların nəticələri əsasında bu cür qənaətə gəldiyini qeyd edib: "Son 100 il ərzində qeydə alınan iki pandemiyanın statistik göstəriciləri bunu deməyə əsas verir. Çünki 1918 və 1957-ci illərdəki pandemiyalardan sonrakı bir il ərzində viruslara yoluxanların sayı kəskin artıb. Bu səbəbdən COVİD-19 üçün vaksin hazırlanmazsa, gələn il daha çox insanın virusa yoluxması qaçılmazdır". Toyuqlu pizza

"İnsanlar tətbiq olunan qadağaların yumuşaldılmasını əvvəlki dövrə qayıtmaq kimi qəbul etməməlidir, çünki pandemiya davam edir və bitməyib", - deyə sözlərinə əlavə edib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!