Əhəd Abıyev sakinlərlə meşədə görüşdü – Fotolar

saytların hazırlanması

Evə çatdırılma

Əhəd Abıyev sakinlərlə meşədə görüşdü – Fotolar

Rəsmi

16 Oktyabr 2019 14:25 1647


Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev Prezident Administrasiyasının məsul işçisi Arif Novruzovla birgə oktyabrın Çaykənd kəndində sakinlərin növbəti səyyar qəbulunu keçirib.

“Yeni Sabah” xəbər verir ki, qəbul açıq havada və meşəlik ərazidə keçirilib. Əhəd Abıyev çıxışında bildirib ki, görüşdə əsas məqsəd kənd sakinlərini narahat edən məsələlərin həlli və vətəndaşların narahatlığına səbəb olan məsələləri öyrənməkdir.

Görüşdə iştirak edən sakinlər qaz xəttinin çəkilməsi, yararsız elektrik dayaqlarının dəyişdirilməsi, işlə təmin olunma və digər şəxsi məsələlərlə bağlı müraciətlər ediblər.  Pepperoni pizza

Xəbərə görə, əksər müraciətlər yerində həll edilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!