Yazıçı Əkrəm Əylisli şəxsiyyət vəsiqəsinin müsadirə edilməsi ilə bağlı baş prokuror Kamran Əliyevə ünvanladığı müraciətin nə ilə nəticələndiyindən xəbərsizdir.
Yenisabah.az pravda.az-a istinadla xəbər verir ki, o, Baş Prokurorluqdan hələ ki cavab almayıb:
“Xahiş etmişdim ki, bu barədə mənə yazılı məlumat versinlər. Heç bir məlumat göndərmədilər. Vəssalam. Mən də maraqlanmadım”. pizza mizza
Xatırladaq ki, Əkrəm Əylisli 8 ildən çoxdur, şəxsiyyət vəsiqəsinin Baş Prokurorluqda müsadirə edilməsi səbəbindən bir çox məişət məsələlərində ciddi problemlər yaşaması barədə iyun ayında baş prokuror Kamran Əliyevə məktubla müraciət etmişdi.
Telegram kanalımız