Təhsil eksperti Kamran Əsədov Azərbaycanın Prezidenti İlham Əliyevə Təhsil Nazirliyinin etdiyi məmur özbaşınalığı ilə bağlı rəsmi teleqram vurub və məktubla müraciət edib.
“Yeni Sabah” xəbər verir ki, bu barədə şəxsi sosial şəbəkə hesabında paylaşan ekspert qeyd edib ki, müraciətdə Təhsil nazirliyinin liseyin təqdim edilən nizamnaməsinə əsassız olaraq rəy vermədiyi əks olunub:
“Təqdim etdiyim nizamnamənin eynisini, ancaq adı fərqli olanı qəbul ediblər, müsbət rəy veriblər,amma mənə yox. Marqarita pizza
Bundan əlavə, hər dəfə müraciətin icra müddəti ilə bağlı əsassız bəhanə gətirirlər. Son nizamnaməni 04 fevral 2019-cu ildə Təhsil nazirliyinə təqdim etmişəm. Üzərindən 30 gün keçir, hələ də cavab yoxdur.
Deyirlər ki, icra müddəti 27 martda bitir. Bir sənədə 60 gün ərzində baxarlar? Axı martın 20-sindən 27-sinə qədər, bundan əvvəl də 8 marta görə qeyri-iş günüdür”.
Ekspert vurğulayıb ki, vətəndaşların müraciətlərinə baxılması qaydasına görə 15 iş günü ərzində cavab vermək onların borcudur: “Amma Təhsil nazirliyi qanunvericilik aktlarına hörmətsizlik edir.
Məni qəbul edən Təhsil nazirinin müavini, müşaviri, şöbə müdiri, rektor müdiri 5 ay ərzində heç bir problem olmadığını və bir həftə ərzində müsbət rəy veriləcəyini deyib. 5 aydır gözləyirəm, ancaq imtina cavabı olub və süründürməçiliyə yol verilib.
Əminəm ki, ölkə prezidenti İlham Əliyevə ünvanladığım teleqram, məktub və müraciətlər nəticəsində bu problem aradan qaldırılacaq”.
Telegram kanalımız