Hərəkətsizlik, yüksək kalorili qidaların qəbulu, tərkibində şəkər və fruktoza olan mayelərin həddən artıq qəbuluna ucbatından piylənmə və buna paralel olaraq şəkərli diabetə tutulanlar sürətlə artıb.
Endokrinologiya və metabolik xəstəliklər üzrə mütəxəssis Esra Tutal bütün dünyada milyonlarla insanın şəkər xəstəliyinə tutulduğunu deyib və xüsusi diqqət olunmalı məqamlar haqqında danışıb.
Yenisabah.az xəbər verir ki, diabetin əlamətlərinə diqqət çəkən Esra Tutal bir sıra əlamətləri sadalayıb: Sezar pizza
"Susuzluq, çox su içmək və tez-tez sidiyə çıxmaq, arıqlamaq, təkrarlanan infeksiyalar, əl və ayaqlarda uyuşma, daha ciddi hallarda isə koma şəkər xəstəliyinin əsas əlamətləridir. Bu simptomlarla qarşılaşırsınızsa, diabetiniz başlamış və ya artıq irəliləmiş ola bilər. Xüsusilə, qollarda, ayaqlarda olan uyuşmaya diqqət etmək lazımdır.
Şəkər xəstəliyi ömür boyu davam edən xroniki bir xəstəlikdir. Müalicə ilə qan şəkəri normal hədlərə çatdırıla bilər. Qan şəkərinin normal həddə olması insanı şəkərin mənfi təsirlərindən qoruyur. Şəkərli diabeti azaldan dərmanlar vaxtında və müntəzəm istifadə edilməlidir”.
Mütəxəssis qeyd edib ki, şəkərli diabet xəstəliyi insult və ürəyin Koronar (Tac damar) xəstəliyi riskini 2-4 dəfə artırır:
“Şəkər xəstəliyi zamanla ürək, damarlar, gözlər, böyrəklər və sinirlərdə struktur dəyişikliklərinə səbəb ola bilər. Bu, həm də xroniki böyrək çatışmazlığının ən mühüm səbəblərindən biridir.
Ona görə də işdə uzun saatlar hərəkətsiz qalmayın. Xüsusilə ofis mühitində saatlarla oturaraq işləmək şəkər xəstəliyinə tutulma riskini xeyli artırır. Fiziki cəhətdən aktiv olmağa diqqət edin, ən az 30 dəqiqə, həftədə 5 gün nizamlı yürüyüşə diqqət edin. Az yağlı, aşağı kalorili, liflə zəngin qidalara üstünlük verin. Tez-tez meyvə, tərəvəz və bütün taxıllardan istifadə edin".
Əsmətxanım RZAZADƏ
Telegram kanalımız