Ələkbərov dünyanın ən zənginlərinin siyahısında

saytların hazırlanması

Evə çatdırılma

Ələkbərov dünyanın ən zənginlərinin siyahısında

İqtisadiyyat

20 İyul 2019 11:27 1353


“Bloomberg” nəşri dünyanın ən zəngin 500 milyarderinin yeni reytinqini açıqlayıb.

"Yeni Sabah" xəbər verir ki, ABŞ-ın “Amazon” şirkətinin sahibi Ceff Bezos yenidən dünyanın ən zəngin adamı seçilib.  İyulun 20-nə olan məlumata görə, onun sərvəti 122 milyard dollar təşkil edir.

İkinci yerdə 106 milyard dollar sərvətlə fransız iş adamı, “Louis Vuitton Moët Hennessy” şirkətinin Prezidenti Bernar Arno qərarlaşıb. O, bu il 37,7 milyard dollar gəlir əldə edib. pizza sifarişi

Üçüncü yeri 106 milyard dollar gəlirlə “Microsoft” şirkətinin rəhbəri Bill Qeyts  tutub. Biznesmen il ərzində 15,8 milyard dollar qazanıb.

Dünyanın ən zəngin 4-cü adamı isə “Berkshire Hathaway” şirkətinin rəhbəri, amerikalı sahibkar Uorren Baffetdir. 88 yaşlı iş adamı 81,3 milyard dollar sərvətə sahibdir.

Dünyanın ən zəngin 4-cü adamı isə “Berkshire Hathaway” şirkətinin rəhbəri, amerikalı sahibkar Uorren Baffetdir. 88 yaşlı iş adamı 81,3 milyard dollar sərvətə sahibdir.

Beşinci yerdə isə “Facebook”un yaradıcısı Mark Tsukerberq (77,4 milyard dollar) olub.

Azərbaycanlı iş adamı, “Lukoyl” şirkətinin prezidenti Vahid Ələkbərov 17,7 milyard dollarla 61-ci yerdə qərarlaşıb. O, bu il 1,66 milyard dollar gəlir əldə edib.

/Qafqazinfo

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!