“Əllərini yumaq istədi, həyatından oldu” -  14 yaşlı məktəblinin faciəli sonu

saytların hazırlanması

Evə çatdırılma

“Əllərini yumaq istədi, həyatından oldu” - 14 yaşlı məktəblinin faciəli sonu

Hadisə

12 Dekabr 2024 22:22 929


Dekabrın 11-də Ağdaş rayonunun Qoşaqovaq kəndi ərazisində bədbəxt hadisə baş verib. Şirvan Suvarma kanalının kənddən keçən hissəsində 14 yaşlı yeniyetmə suya düşərək boğulub.

Məlumata görə, Qoşaqovaq kənd sakini olan yeniyetmə kanalın kənarına enib. Bu zaman o, müvazinətini itirərək suya yıxılıb.

"Kanala yaxınlaşıb ki, əlini yusun, amma ayağı sürüşüb, suya yıxılıb. Yaxınlıqda olan vətəndaşlar kömək etməyə çalışsalar da, onu xilas etmək mümkün olmayıb. Yeniyetmə 14 yaşında idi, 9-cu sinifdə oxuyurdu" , - deyə mərhumun qohumu bildirib. pizza sifarişi

Yeniyetmənin meyiti dekabrın 12-də səhər saatlarında Fövqəladə Hallar Nazirliyinin Aran Regional dalğıc-axtarış qrupunun əməkdaşları tərəfindən sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

Ətraflı Baku TV-nin süjetində:


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!