Elnarənin başına daşla vurularaq öldürüldüyü yerdən görüntülər - VİDEO

saytların hazırlanması

Evə çatdırılma

Elnarənin başına daşla vurularaq öldürüldüyü yerdən görüntülər - VİDEO

Kriminal

19 Dekabr 2024 00:11 950


Qadının sevgilisi tərəfindən daşla qətlə yetirilməsinin bəzi detalları məlum olub.

Yenisabah.az APA TV-yə istinadən xəbər verir ki, hadisə axşam saatlarında Bakının Zabrat qəsəbəsində baş verib.

Çalışdığı kafedən çıxaraq Maştağa qəsəbəsinə piyada gedən Elnarə İbrahimova yolda sevgilisi İgid Rəcəbzadə ilə qarşılaşıb. pizza sifarişi

İ.Rəcəbzadə ilə aralarında mübahisə yaranıb. Daha sonra sevgilisi onun baş nahiyəsinə daşla zərbə endirərək qadını qətlə yetirib. Elnarə İbrahimova hadisə yerində dünyasını dəyişib.

Məlumata görə, E.İbrahimova özündən dörd yaş kiçik olan İ.Rəcəbzadə ilə üç ildir ki, münasibətdə olub.

Hadisə yerindən görüntüləri təqdim edirik:


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!