Prezident Elza Seyidcahanın dayısına mükafat verdi - Fotolar

saytların hazırlanması

Evə çatdırılma

Prezident Elza Seyidcahanın dayısına mükafat verdi - Fotolar

Şou

31 İyul 2019 11:45 3433


Əməkdar artist Elza Seyidcahanın yaxın qohumu böyük uğura imza atıb. 

"Yeni Sabah" xəbər verir ki, XV Avropa Gənclər Olimpiya Festivalının güləş yarışlarında ölkəmizə səkkizinci qızıl medalı qazandıran pəhləvan Cəbrayıl Hacıyevin məşqçisi E.Seyidcahanın doğma dayısı olub.

Elza Seyidcahan saytımıza açıqlamasında bildirib ki, dayısı - şöhrət ordenli əməkdar idman xadimi, məşqçi Vahid Məmmədovun onun ifaçı olmasında da böyük rolu olub. Müğənninin sözlərinə görə, o vaxt onu konservatoriyaya - Arif Məlikovun yanına məhz dayısı V.Məmmədov aparıb: Marqarita pizza

“V.Məmmədov məşqçi olmaqla yanaşı həm də gözəl qarmon ifa edir. O bizim ailəmizin həm ağsaqqalı, həm də müəllimimiz olub. Belə insanlar tək-tək tapılır. Mən fəxr edirəm ki, mənim belə dayım var”.  

Xatırladaq ki, dünən Prezident İlham Əliyev Avropa Gənclər Olimpiya Festivalında ən yüksək nəticələrə görə Azərbaycan Respublikasının idmançıları və onların məşqçilərinin mükafatlandırılması haqqında Sərəncam imzalayıb. Birinci yeri tutan hər bir idmançıya 10 000 manat, onun şəxsi məşqçisinə isə 5000 manat verilib.

Əsmətxanım


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!