Əməkdar artist: “Həmin gün qurban kəsəcəm“

saytların hazırlanması

Evə çatdırılma

Əməkdar artist: “Həmin gün qurban kəsəcəm“

Mədəniyyət

01 İyun 2021 15:00 2464


“Hər dəfə doğma teatrmızın yanından keçəndə divarını öpürəm, sonra keçirəm. Bütün günü əlim duadadır ki, ay Allah, özün tezliklə bizim də qapımızı aç...”

Bu sözləri Yenisabah.az-a Əməkdar artist, Akademik Milli Dram Teatrının aktrisası Mehriban Xanlarova deyib.

Sənətçi teatrların açılacağı gün qurban kəsəcəyini bildirib: Marqarita pizza

“Teatr üçün darıxmaq da sözdürmü? Burnumun ucu göynəyir... Bu dəqiqə teatrımızın yanında ötdüm. Hər dəfə yanından keçəndə divarını öpürəm, sonra keçirəm. Bütün günü əlim duadadır ki, ay Allah, özün tezliklə bizim də qapımızı aç. Qurban demişəm, teatrlar açılan gün qurban kəsəcəyəm. Teatrın qapısından girib qurbanı kəsəcəm. Təbii ki, hər bir sənətçi, tək mən yox bütün aktyor və aktrisalar teatr üçün darıxıb. Mənsə ələlxüsus teatr üçün ölürəm. Tamaşalar üçün darıxıram, ölürəm”.

O, teatrlar açılmasa da, məşqlərə icazə verilməsini istəyib:

“İstəyərəm ki, teatrlar açılmasa da heç olmasa məşqlərə icazə verilsin. Belə olsa, əla olardı. Düzdür, bir ildən çoxdur sənətçilər çalışmır, amma onların performansları düşməyib. Çünki çoxsu seriallarda, kinolarda, reklamlarda rol alıblar. O da az bir şey deyil. Belə kiçik şeylərlə aktyorlar öz stresslərini atırlar. Allah tezliklə qapımızı açsın. İnanıram  ki, bu yaxınlarda bizim də üzümüz güləcək”.

Əsmətxanım


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!