Ənvər Həsənov komatoz vəziyyətdədir

saytların hazırlanması

Evə çatdırılma

Ənvər Həsənov komatoz vəziyyətdədir

Mədəniyyət

11 Mart 2025 13:01 714


"Artıq 6 gündür ki, atam komatoz vəziyyətdədir".

Yenisabah.az xəbər verir ki, bunu APA-ya açıqlamasında Xalq artisti Ənvər Həsənovun qızı deyib.

"Qidalanma prosesi də dayanıb. Qəti hərəkət etmir. Vəziyyəti son drəcədə kritikdir. Hər dəqiqə nəsə ola bilər. Keçən dəfə dediyim kimi, istəmədik ki, son günlərini xəstəxanada keçirsin". pizza mizza

Qeyd edək ki, Xalq artisti Ənvər Həsənov yanvarın 10-da saat 10:15-də halının pisləşməsi səbəbilə Xəzər Tibb Mərkəzinin Terapiya şöbəsinə hospitalizasiya olunub. Ona dəqiqləşdirilməmiş anemiya diaqnozu təyin edilib və ilkin zəruri tibbi xidmət göstərilib. Yanvarın 17-də vəziyyətinin ağırlaşması səbəbilə pasiyent Reanimasiya şöbəsinə köçürülüb. Aparılan diaqnostik müayinələr nəticəsində ona kəskin işemik insult diaqnozu təyin olunub. Yanvarın 18-də vəziyyəti stabilləşən Xalq artisti tibb müəssisəsinin Nevrologiya şöbəsinə köçürülüb. Fevralın 3-ü isə Xəzər Tibb Mərkəzindən Reabilitasiya Mərkəzindən evə buraxılıb. Fevralın 26-ı aktyorun vəziyyəti yenidən kritikləşib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!