Ermənilər Qarabağı tərk edirlər - Xarici dil öyrənir, sərhədlərin açılmasını gözləyirlər

saytların hazırlanması

Evə çatdırılma

Ermənilər Qarabağı tərk edirlər - Xarici dil öyrənir, sərhədlərin açılmasını gözləyirlər

Maraqlı

03 Yanvar 2021 14:11 1333


“Qarabağdakı ermənilər sənədlər hazırlayırlar, xarici dilləri öyrənirlər və pandemiya üzündən bağlanmış sərhədlərin açılmasını gözləyirlər…”

Yenisabah.az Rusiya mediasına istinadla  xəbər verir ki, Azərbaycan torpaqlarında yaşayan, eləcə də 44 günlük savaşdan sonra Rusiya sülhməramlılarının himayəsi ilə Qarabağa qaytarılmış ermənilər sosial şəbəkələrin erməni seqmentində belə yazır.

“2021-ci ilin yazına qədər Qarabağ müstəqil bir dövlət statusu almayacağı, Ermənistana və ya Rusiyaya birləşməyəcəyi  təqdirdə biz buradan gedəcəyik”. Dördpendirli pizza

Qarabağ erməniləri belə yazır. Hazırda onlar sənədlər hazırlayır, xarici dilləri öyrənir və pandemiya üzündən bağlanmış sərhədlərin açılmasını gözləyirlər.

Modern.az-ın yazdığına görə, şərhlərdən bəlli olur ki, bəzilərinin getməsinə  separatçı-terrorçu xuntanın “təhlükəsizlik şurası”nın rəhbəri V. Balasanyanın “Azərbaycanla yeni bir müharibə üçün silahlı qüvvələr yaratmaq planı” və  Qarabağda alkoqollu içkilər və narkotik maddələrin istifadəsinə qarşı mübarizə niyyəti təkan  verib.

“General Balasanyan həqiqətən səssiz bir hərbi çevriliş edib və “seçilmiş” “prezident” Arayik Arutyunyanı faktiki olaraq hakimiyyətdən uzaqlaşdırıb”- məlumatda belə deyilir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!