Ermənistandan növbəti vandallıq: İrəvanda Azərbaycan bayrağı yandırıldı - Video

saytların hazırlanması

Evə çatdırılma

Ermənistandan növbəti vandallıq: İrəvanda Azərbaycan bayrağı yandırıldı - Video

Hadisə

14 Aprel 2023 23:45 1394


Ermənistan silahlı qüvvələrinin 11 aprel təxribatının ardınca növbəti dəfə Azərbaycana qarşı vandallıq aktı törədilib. Belə ki, Ermənistanın paytaxtı İrəvanda Azərbaycan bayrağı yandırılıb.

Yenisabah.az xəbər verir ki, ağır atletika üzrə Avropa çempionatının açılış mərasimində bayraqların paradı olub. Azərbaycan üçüncü ölkə elan edilib. Azərbaycan bayrağı zala gətirildikdən sonra azarkeşlərdən biri səhnəyə qaçaraq qızın əlindən milli simvolumuzu götürərək yandırıb və zaldan çıxarıb.

Mühafizəçi mitinqi aparan şəxsi tuta bilib, daha sonra içəriyə yeni bayraq gətirilib. Eyni hal Türkiyə bayrağı gətirilən zaman da baş verib, erməni azarkeşlər də zalda fit çalmağa başlayıblar. pizza

/Report
Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!