Ermənistanın Avropa İttifaqı ilə bağlı açıqlamasına XİN-dən reaksiya

saytların hazırlanması

Evə çatdırılma

Ermənistanın Avropa İttifaqı ilə bağlı açıqlamasına XİN-dən reaksiya

Siyasət

24 Aprel 2019 21:15 868


Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi öz şərhində Avropa İttifaqının (Aİ) Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı mövqeyinin Ermənistan-Avropa İttifaqı hərtərəfli və genişləndirilmiş tərəfdaşlığı haqqında sazişində aydın ifadə olunduğunu və orada digər prinsiplərlə yanaşı, öz müqəddəratını təyinetmə prinsipinə də istinad edildiyini qeyd edib.

“Yeni Sabah” xəbər verir ki, bununla bağlı XİN-in mətbuat katibi Leyla Abdullayeva açıqlama verib:

“Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsinin Aİ-Ermənistan sazişində necə əks olunmasının detallarına varmadan, yalnız onu söyləyə bilərəm ki, bu bəyanat münaqişədə məhz iki tərəfin, yəni Ermənistan və Azərbaycanın mövcudluğunu və heç bir “üçüncü tərəf”in olmaması barədə həqiqətin dəyişilməzliyini növbəti dəfə sübut edir”. Marqarita pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!