Əsədov gələn ilin büdcə layihələri ilə bağlı qərar imzaladı

saytların hazırlanması

Evə çatdırılma

Əsədov gələn ilin büdcə layihələri ilə bağlı qərar imzaladı

İqtisadiyyat

29 Sentyabr 2025 13:14 489


Baş nazir Əli Əsədov 2026-cı il üzrə dövlət büdcəsinin və icmal büdcənin layihələri və sonrakı 3 il üçün icmal büdcənin göstəriciləri, Azərbaycanın 2026-cı il və sonrakı 3 il üzrə iqtisadi və sosial inkişaf konsepsiyası və proqnoz göstəriciləri haqqında qərar imzalayıb.

Yenisabah.az xəbər verir ki, qərarla "2026-cı il üzrə dövlət büdcəsinin və icmal büdcənin layihələri və sonrakı üç il üçün icmal büdcənin göstəriciləri" və "2026-cı il və sonrakı üç il üzrə iqtisadi və sosial inkişaf konsepsiyası və proqnoz göstəriciləri" bəyənilib.

Qərarın 1-ci hissəsində qeyd olunan layihələr "Büdcə sistemi haqqında" qanunun 12-ci maddəsində nəzərdə tutulmuş digər sənədlərlə birlikdə Azərbaycan Prezidentinə təqdim edilməsi qərarı alınıb. Toyuqlu pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!