Ət buna görə bahalaşıb... - Video

saytların hazırlanması

Evə çatdırılma

Ət buna görə bahalaşıb... - Video

Sosial

08 Mart 2023 19:11 2080


Paytaxtda və bölgələrdə quzu və mal ətinin qiyməti yenidən yüksəlib. Lakin bu bahalaşma, sanki ənənəyə çevrilən bayramqabağı süni qiymət artımı ilə bağlı deyil.

İllərdir ət məhsullarının satışı ilə məşğul olan qəssab kəsim üçün aldıqları heyvanların azlığından şikayətlənir.

Onun sözlərinə görə, artıq kənd camaatına heyvan saxlamaq sərf etmir və bu səbəbdən qiymət artımı baş verib. Toyuqlu pizza

Görünür, fermerlər heyvanların sayını artırmaqda maraqlı deyillər.

“Əvvəl 10 baş heyvan saxlayırdıq, indi 2-3 heyvanı saxlamaqda çətinlik çəkirik. Çünki həm şərait yoxdur, həm də yem bahadır”, - deyə fermer Hikmət Səfərəliyev qeyd edib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!