“EuroHome”dakı yanğın zamanı 13 nəfərə tibbi yardım edilib

saytların hazırlanması

Evə çatdırılma

“EuroHome”dakı yanğın zamanı 13 nəfərə tibbi yardım edilib

Hadisə

10 Dekabr 2019 13:22 1162


Səhiyyə Nazirliyi “EuroHome” tikinti materialları bazarında baş vermiş yanğınla bağlı daha bir açıqlama yayıb.

Nazirlikdən "Yeni Sabah"a verilən məlumata görə, yanğınla əlaqədar hadisə yerinə 8 briqada cəlb olunub:

“Saat 16:05-ə olan məlumata görə, 8 nəfərə yerində yardım göstərilib, 4 nəfər tüstüdən zəhərlənmə diaqnozu ilə Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə, 1 nəfər əlin kəsilmiş yara diaqnozu ilə Travmatologiya və Ortopediya İnstitutuna yerləşdirilib”. pizza hut

Rəsmi məlumata görə, hazırda ərazidə 2 təcili tibbi yardım briqadası var.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!