Eyvanda kabab bişirmək və siqaret çəkmək qadağan olunacaq

saytların hazırlanması

Evə çatdırılma

Eyvanda kabab bişirmək və siqaret çəkmək qadağan olunacaq

Rəsmi

26 Sentyabr 2019 21:24 3383


Rusiyada eyvanda kabab bişirmək və siqaret çəkmək qadağan olunacaq.

"Yeni Sabah" xəbər verir ki, Rusiya hökuməti yanğından mühafizə rejiminə dəyişiklikləri təsdiqləyib. Yeni qaydalar oktyabrın 1-dən qüvvəyə minir.

Təsdiq olunmuş qaydalara əsasən, mənzil, otel və yataqxanaların eyvanlarında açıq oddan istifadə etmək, o cümlədən şam və siqaret yandırmaq qadağan olunur. Dominos pizza

Bundan əlavə, tibb müəssisələrində və kinoteatrlarda da yanğın təhlükəsizliyi qaydalarına əlavələr edilib. İndi kinoteatrlarda film başlamazdan əvvəl tamaşaçılara yanğın zamanı davranış qaydaları barədə məlumat veriləcək, tibb müəssisələrində isə uşaq və ağır xəstələr birinci mərtəbələrdəki palatalarda yerləşdiriləcək.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!