Faizsiz kreditlər daha çox kimlərə şamil olunacaq?

saytların hazırlanması

Evə çatdırılma

Faizsiz kreditlər daha çox kimlərə şamil olunacaq?

İqtisadiyyat

15 Oktyabr 2025 08:59 397


Gələn ildən Azərbaycanda faizsiz kreditlərin verilməsi nəzərdə tutulub.

Bilidirilib ki, İslam bankçılığı klassik bank sistemindən əsaslı şəkildə fərqlənir. Bu sistemdə faiz anlayışı yoxdur, lakin bu, pulu qazancsız vermək mənasına gəlmir.

İqtisadi Resursların Öyrənilməsi ictimai birliyinin sədri Ruslan Atakişiyev "Xəzər Xəbər”ə açıqlamasında bildirib ki, ölkəmizdə planlaşdırılan İslam Bankçılığı məhsullarından ilkin olaraq "Murabaha" təqdim olunacaq. Bu alətdən də əsasən sahibkarlar, iş adamları yararlana biləcək. Dördpendirli pizza

Ruslan Atakişiyev bildirib ki, İslam dinində faiz haram hesab olunduğundan kredit faizsiz, lakin ticarət anlayışı ilə veriləcək. Yəni vətəndaşın əldə etmək istədiyi məhsulu bank alacaq və vətəndaşa üzərinə pul qoyub, ödənişi hissələrə bölüb satacaq.

Nəticə olaraq demək olar ki, vətəndaşın itirdiyi məbləğ dəyişmir. Sadəcə bu dəfə vətəndaşın artıq ödədiyi məbləğ faiz yox, ticarət adlanır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!