Fazil Məmmədovun holdinqi məhkəməyə müraciət etdi

saytların hazırlanması

Evə çatdırılma

Fazil Məmmədovun holdinqi məhkəməyə müraciət etdi

Kriminal

30 Aprel 2019 17:20 1002


“AtaHolding” MMC “Aikon Cpit” MMC-ni məhkəməyə verib.

1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edən holdinq “Aikon Cpit” MMC-yə qarşı 52 min 973 manat ödənilməmiş icarə haqqı borcun tutulması barədə tələb irəli sürüb. Məhkəmə tərəfindən müəyyən edilib ki, iddiaçı “AtaHolding” MMC tərəfindən cavabdehə sənədlərin təqdim olunması barədə poçt xəbərnaməsinin qoşmada göstərilməsinə baxmayaraq, ərizəyə əlavə olunmayıb.

Həmçinin, məhkəmə tərəfindən holdingin iddia ərizəsinin mümkünlüyü yoxlanılarkən müəyyən olunub ki, iddiaçı tərəfindən cavabdehə pretenziya məktubunun təqdim olunması barədə sənəd əlavə edilməyib. Dördpendirli pizza

Qərara əsasən, “AtaHolding” MMC-nin iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılıb.

Xatırladaq ki, “AtaHolding” 2003-cü ilin sentyabr ayında fəaliyyətə başlayıb. Holdinq iqtisadiyyatın müxtəlif sahələrində investisiya qoyuluşunu, maliyyə vəsaitlərinin, habelə intellektual sərvətlərin idarə olunmasını və korporativ idarəetməni həyata keçirir. “Aikon Cpit” MMC isə tikinti şirkəti kimi fəaliyyət göstərir.

Report

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!