Fazil Mustafadan həmkarına cavab – “Hay-küy qoparmaq üçün əsas yoxdur axı...”

saytların hazırlanması

Evə çatdırılma

Fazil Mustafadan həmkarına cavab – “Hay-küy qoparmaq üçün əsas yoxdur axı...”

Siyasət

26 Aprel 2019 22:27 1033


“Görünür, son vaxtlar ölkədə geniş yayılmış populizmdən qazanc götürmək kursundan Fəzail müəllim də yararlanmaq fikrindədir”.

“Yeni Sabah” xəbər verir ki, bunu deputat Fazil Mustafa həmkarı Fəzail Ağamalının iradlarına cavab verərkən deyib:

“Mən əlbəttə, onun hər hansı fikrinə hörmətlə yanaşıram və burada hansısa neqativ məna axtarmaq niyyətindən uzağam. Hətta Fəzail müəllim öz populist izahında daha da irəli gedərək qazın və işığın bütün vətəndaşları üçün ödənişsiz olmasını təklif etsəydi belə, yenə də buna bir təklif kimi normal yanaşardım. Çünki təklif irəli sürmək bir hüquqdur və bizlər də bir millət vəkili olaraq öz hüquqlarımızdan istifadə edirik. Həm də öz təklifimdə daha realist və həlli mümkün olan varianta üstünlük vermişəm ki, müvafiq qurumlar öz qərarlarında düzəliş edərkən bir neçə alternativi gözdən keçirmək imkanı əldə etsinlər.  pizza

Allah etsin ki, qaz və işığı ümumiyyətlə pulsuz etsinlər, yaxud da Fəzail müəllimin arzuladığı kimi ümumiyyətlə, limiti tamamilə ləğv etsinlər, burada hay-küy qoparmaq üçün hansısa bir əsas yoxdur axı...”.

F.Mustafa qeyd edib ki, qeyri- peşəkar iradlara rəğmən bundan sonra da səsləndirəcəyi təkliflərin populizmdən uzaq, reallığa uyğun və vətəndaşların maraqlarına cavab verən formada olmasına səy göstərəcək:

“İşdir, birdən bizim söylədiyimiz realist varianta üstünlük verilərsə, (sözsüz ki, limitin tətbiq olunması barədə qərarda olduğu kimi, bu qərar da ənənəvi olaraq ölkə prezidenti ilə razılaşdırılaraq verilə bilər) o halda hörmətli Fəzail müəllim qeyd edəcəkmi ki, ölkə prezidenti öz keçirdiyi islahatların mahiyyətinə zidd qərar qəbul edilməsinə göz yumub? 

Əslində ölkə prezidenti bütün məsələlərə praqmatik yanaşması ilə tanınan siyasətçi olduğundan cəmiyyətdən gələn mesajları bizsiz də, Fəzail müəllimsiz də dəqiq oxuya bilir və ümid edirəm ki, vətəndaşların marağına uyğun ən doğru qərarı da verəcəkdir”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!