Azərbaycanda feminist qadınlardan ibarət təşəbbüs qrupu 8 Mart tarixi gününə əsl mahiyyətini geri qaytarmaq məqsədi ilə "8 MARŞ" yürüşü keçirəcək.
“Yeni Sabah” xəbər verir ki, yürüşün məqsədi qadın qətllərinə, qadınlara qarşı zorakılığın bütün növlərinə diqqəti çəkmək və bunların aradan qaldırılmasına çalışmaqdır.Təşəbbüskarlar “Hər il Azərbaycanda 100-dən çox qadın ailə-məişət zəminində qətlə yetirilir. Bundan daha çox sayda zorakılıq halları isə şikayət olunmadan gizli qalır. Döyülən, seksual qısnamaya və zorlanmaya məruz qalan qadınlar ehtiyacları olan dəstəyi ala bilmir. Buna görə də qadınların öz haqları uğrunda mübarizəsini əks etdirən bu gündə biz qadınlara olan zorakılığa qarşı gedəcəyik” – deyə qeyd ediblər.
Yürüşün marşrutu Azad Qadın heykəlindən başlayaraq Xurşudbanu Natavanın heykəlinə qədər davam edəcək. pizza
Qeyd edək ki, artıq yürüş plakatları hazırlanıb. Büdcə olmadığından, bəzi qadınlar öz kosmetikalarını boya üçün ianə ediblər.
Telegram kanalımız